Son yenilənmə: 2 noyabr 2026
Bu şərtlər Petekh (petekh.com və Petekh tətbiqi) ilə siz arasındakı qaydalardır. Platformanı fərdi sahibkar Nahid Quliyev idarə edir. Mətndə «biz» dedikdə onu nəzərdə tuturuq. Hesab açmaqla, sifariş verməklə və ya elan yerləşdirməklə bu şərtləri qəbul edirsiniz. Qəbul etmirsinizsə, xahiş edirik platformadan istifadə etməyin.
Petekh Bakı və Sumqayıtda ev heyvanı sahiblərini zoomarketlərlə və baytarlarla birləşdirən onlayn platformadır. Məhsulları mağazalar (satıcılar) satır. Biz sifarişi qəbul edir, mağazaya ötürür və çatdırılmanı təşkil edirik. Alqı-satqı müqaviləsi sizinlə məhsulu satan mağaza arasında bağlanır. Məhsulun pulunu mağazanın adından və onun tapşırığı ilə biz qəbul edirik və mağazaya ötürürük. Çatdırılma haqqı Petekh-in xidmət haqqıdır.
Hazırda ödəniş qapıda edilir: sifariş çatdırılanda kuryerə nağd və ya kartla. Onlayn kartla ödəniş qoşulanda kart məlumatlarınız lisenziyalı ödəniş təşkilatında emal olunacaq. Kart nömrəniz Petekh-də saxlanılmayacaq.
Alış-verişinizdən razı qalmağınızı istəyirik. Fikrinizi dəyişmisinizsə, məhsulu qaytara bilərsiniz - sadəcə aşağıdakı şərtlərə əməl edin. Bu şərtlər hamı üçün eynidir və başqa müştərilərin təhlükəsizliyi üçündür: qaytarılan məhsul yenidən satışa çıxır.
Vacib: məhsulu hansı səbəbdən qaytarmağınızdan asılı olmayaraq, geri aparmanın kuryer haqqını siz ödəyirsiniz. Bu qayda bütün qaytarma hallarına aiddir.
Keyfiyyətli məhsulu təhvil aldığınız gündən 14 gün ərzində qaytara bilərsiniz, əgər:
Bu halda geri aparmanın kuryer haqqını siz ödəyirsiniz.
Qaytarılan məhsul mağazada yoxlanılır. Şərtlərə uyğun gəlməsə, məhsul sizə geri göndərilir və pulu qaytarılmır. Bu halda çatdırılma haqqını da siz ödəyirsiniz.
Belə məhsulun dəyəri tam qaytarılır. Geri aparmanın kuryer haqqını isə, bütün qaytarma hallarında olduğu kimi, siz ödəyirsiniz. Ona görə təhvil zamanı paketi yoxlamağınızı xahiş edirik - o an görünən problemdə məhsulu qəbul etməsəniz, heç nə ödəmirsiniz. Qüsuru təhvildən sonra görmüsünüzsə, tez bizə yazın və mümkünsə şəklini göndərin. Qanunun verdiyi hüquqlar (dəyişdirmə, qüsurun aradan qaldırılması, pulun qaytarılması) bu şərtlərlə məhdudlaşdırılmır.
Son istifadə tarixi keçmiş məhsul sizə çatdırılıbsa, onu qablaşdırması açılmış olsa belə qəbul edirik və məhsulun pulunu tam qaytarırıq (kuryer haqqı sizdən tutulur). Şərt: son istifadə tarixi paketin üzərində oxunmalıdır və tarix təhvil günündən əvvəl bitmiş olmalıdır. Paketin şəklini tarix görünəcək şəkildə göndərin. Təhvildən sonra, sizdə olarkən vaxtı bitən məhsul qaytarılmır.
Qaytarılan sifarişə görə qazanılmış Bal geri alınır. Qaytarma qaydalarından dəfələrlə sui-istifadə edən hesablar üçün qaytarma imkanını məhdudlaşdıra bilərik.
Yem, qum kimi məhsullar üçün abunəlik qura bilərsiniz. Abunəlikdə hər dövr üçün ayrıca sifariş yaradılır və bu şərtlər hər birinə tətbiq olunur: ödəniş qapıda, sifariş gələndə edilir, adi çatdırılma haqqı tutulur və Bal hər sifarişə ayrıca yazılır.
PetAI heyvanınız barədə ümumi məlumat və istiqamət verən köməkçidir. O, baytar deyil və diaqnoz qoymur. Onun cavabları müayinəni və müalicəni əvəz etmir. Heyvanınızın vəziyyəti ciddidirsə, PetAI-ın cavabını gözləmədən dərhal baytara müraciət edin. PetAI-ın cavabına əsasən verilən qərarlara görə məsuliyyət daşımırıq.
PetAI-ın göstərdiyi məhsullar. Sual yem və ya əşya ilə bağlıdırsa, PetAI cavabın altında Petekh-dəki bütün mağazaların uyğun məhsullarını göstərə bilər. Məhsulun adını, qiymətini və təsvirini onu satan mağaza müəyyən edir. Reklamlı məhsullar «Sponsorlu» nişanı ilə göstərilir və siyahıda birinci çıxa bilər. Təcili vəziyyətdə PetAI məhsul göstərmir. Dərman, birə və qurd vasitələrini qablaşdırmadakı təlimata və baytarınızın tövsiyəsinə əsasən istifadə edin.
Heyvan profili və xatırlatmalar. Profilə peyvənd, dərman, çəki və yem məlumatını özünüz yazırsınız və onun düzgünlüyünə görə özünüz cavabdehsiniz. Peyvənd, qurd və birə dərmanı üçün təklif olunan növbəti tarix ümumi tövsiyədir. Xatırlatmalar yalnız məlumat xarakterlidir və baytarınızın təyin etdiyi cədvəli əvəz etmir. «Yem bitir» hesabı torbanın çəkisinə və gündəlik miqdara görə təxminidir. Xatırlatma gecikə və ya gəlməyə bilər - vaxtı özünüz də izləyin.
Bələdçi. «Yeni heyvan sahibinə bələdçi» bölməsindəki yazılar, animasiyalar və «Bu olarmı?» (yemək, bitki və ev əşyası) siyahısı ümumi məlumatdır. Onlar hər yazının sonunda göstərilən açıq mənbələr (məsələn, ASPCA, Merck Veterinary Manual, WSAVA) əsasında hazırlanıb, lakin baytarın müayinəsini, diaqnozunu və müalicəsini əvəz etmir. Heyvanlar fərdidir: siyahıda «təhlükəsiz» yazılan qida da bəzi heyvanlarda allergiya və ya mədə pozğunluğu yarada bilər. Peyvənd, dərman, sterilizasiya və qidalanma barədə qərarı baytarınızla birlikdə verin; zəhərlənmə şübhəsində dərhal baytara müraciət edin.
Bu xidmət aktiv olduqda baytarı tətbiqdən evə çağıra bilərsiniz. Xidməti müstəqil, lisenziyalı baytarlar göstərir. Müayinənin və müalicənin nəticəsinə görə peşəkar məsuliyyəti baytar daşıyır. Qiymət çağırışdan əvvəl göstərilir və baytara ödənilir. Ödənişin çekini və ya qəbzini baytar verir.
Baytarın lisenziyası. «Özəl baytarlıq xidməti fəaliyyəti» qanunla lisenziya tələb edir. Petekh-ə qoşulan baytarın özünün (fərdi sahibkar kimi) və ya işlədiyi klinikanın etibarlı lisenziyası olmalıdır və baytar lisenziyanın həqiqi şəklini göndərməlidir. Saxta və ya başqasına aid sənəd göndərilsə, hesab bağlanır. «Lisenziyası yoxlanılıb» nişanı o deməkdir ki, Petekh həmin lisenziyanı yoxlama günü «Lisenziyalar və icazələr» portalındakı dövlət reyestri ilə tutuşdurub. Nişan müayinənin və müalicənin keyfiyyətinə zəmanət deyil. Lisenziyası yoxlanılmayan baytar müştərilərə göstərilmir və ona çağırış göndərmək olmur.
Təcililik, ləğv və cavabsız çağırış. Qiymət vəziyyətin təcililik səviyyəsindən asılıdır. Səviyyəni tətbiq yazdığınız təsvirə görə müəyyən edir; onu aşağı salmaq olmaz. Baytar gəlməzdən əvvəl çağırışı tətbiqdə ləğv edə bilərsiniz - Petekh ləğvə görə haqq tutmur. Baytar çağırışı qəbul edə bilmirsə və ya müəyyən müddətdə (təcili halda 15 dəqiqə, vacib halda 30 dəqiqə, planlı halda 2 saat) cavab vermirsə, çağırış bağlanır və sizə bildiriş gəlir. Belə olduqda başqa baytar seçin; vəziyyət təcilidirsə, ən yaxın baytar klinikasına müraciət edin. Baytar vizitin baş tutmadığını qeyd edib, amma əslində gəlib xidmət göstəribsə, bizə yazın.
Klinikaya aparmaq. Baytar «Klinikada qəbul edirəm» seçimini açıbsa, tətbiqdə onun klinikasının ünvanı, telefonu və iş saatları göstərilir, «Yol göstər» düyməsi Google Maps-i açır. Bu seçimi baytar özü açır və bağlayır; açıq olduqda həmin məlumatın göstərilməsinə razılıq vermiş olur. Klinika ziyarəti Petekh üzərindən sifariş və ya ödəniş deyil: qəbulu, qiyməti və ödənişi klinika ilə özünüz razılaşırsınız, Petekh bunun üçün haqq almır. Müayinə və müalicəyə görə peşəkar məsuliyyəti baytar və klinika daşıyır. Təcili halda yola çıxmazdan əvvəl klinikaya zəng edin.
Zoomarketlər Petekh-də yalnız bizimlə ayrıca partnyorluq müqaviləsi bağladıqdan sonra məhsul sata bilər. Komissiya, ödəniş və digər şərtlər həmin müqavilədə yazılır. Mağaza hər sifariş üçün qanuna uyğun fiskal (e-kassa) çek verməyə borcludur. «Elektron ticarət haqqında» Qanunun 5.3-cü maddəsinə görə mağazanın rəsmi adı (fərdi sahibkarda soyadı, adı və atasının adı), VÖEN-i və ünvanı mağaza səhifəsində və məlumat qəbzində alıcılara göstərilir. Partnyor olmaq üçün WhatsApp-a yazın.
Zəiflik axtarışı və avtomatik skan cəhdləri avtomatik aşkarlanır. Belə sorğu göndərən IP ünvanı müvəqqəti bloklanır.
Bu qaydaları pozan hesabı xəbərdarlıqla və ya xəbərdarlıqsız məhdudlaşdıra və ya bağlaya bilərik.
Hesabınızı istənilən vaxt tətbiqdə Ayarlar → Hesabı sil bölməsindən silə bilərsiniz. Nəyin silindiyi və nəyin qanunla saxlanıldığı Hesabın silinməsi səhifəsində yazılıb.
Bu şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Problem olsa, əvvəlcə bizə yazın. Çox vaxt məsələni tez həll edirik. Razılığa gəlinməsə, mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.
Bu şərtləri dəyişə bilərik. Yuxarıdakı tarix son dəyişikliyi göstərir. Əhəmiyyətli dəyişiklik olsa, tətbiqdə xəbər veririk. Dəyişiklikdən sonra platformadan istifadəni davam etdirsəniz, yeni şərtləri qəbul etmiş olursunuz.
E-poçt: petekhsupport@gmail.com
WhatsApp: mesaj yazın
Məhsulu satan mağazanın rəsmi adı, VÖEN-i və ünvanı həmin mağazanın səhifəsində və sifarişin məlumat qəbzində göstərilir.
← petekh.com-a qayıt