PetAI — heyvanınız üçün ağıllı köməkçi
Pişik niyə asqırır, itə gündə nə qədər yem lazımdır, bu əlamət təcilidirmi? PetAI-dan soruşun, o sizi düzgün addıma yönləndirsin.
Nə soruşmaq olar
- sağlamlıq əlamətləri: asqırma, qusma, ishal, iştahsızlıq;
- yem və qidalanma: hansı yem, nə qədər, necə keçmək;
- baxım: qum, tüklənmə, dırnaq, çimizdirmə;
- hansı məhsul lazımdır.
Necə cavab verir
PetAI hər cavabda vəziyyəti üç səviyyədən birinə aid edir: təcili, planlı və ya məlumat. Təcili əlamətlərdə cavab gözləmədən baytara müraciət etməyi deyir və evə baytar çağırmaq düyməsini göstərir. Söhbətləriniz hesabınızda saxlanılır — bir neçə söhbət aça və istənilən vaxt köhnəsinə qayıda bilərsiniz.
PetAI baytar deyil
PetAI diaqnoz qoymur və dərman yazmır. Onun cavabı müayinəni əvəz etmir. Heyvanınızın vəziyyəti ciddidirsə, baytar çağırın.
Tez-tez verilən suallar
PetAI hansı dillərdə cavab verir?
Azərbaycan, rus və ingilis dillərində.
PetAI diaqnoz qoyurmu?
Xeyr. O, vəziyyətin nə qədər təcili olduğunu qiymətləndirir və düzgün addımı göstərir. Diaqnozu baytar qoyur.
Bunlar da maraqlı ola bilər
Belə də axtarırlar: pisik xestelik, it xestelik, heyvan ucun ai, pisik niye yemir