RU

Onlayn zoomarket: Bakı və Sumqayıt

Petekh şəhərin zoomarketlərini bir yerə yığır. Mağaza-mağaza gəzmədən it, pişik, quş və balıq üçün lazım olanı seçirsiniz, kuryer qapınıza gətirir.

Kataloqa keçPişik yemiİt yemi

Petekh-də nə tapa bilərsiniz

Sifariş necə verilir

  1. Məhsulu seçin və səbətə atın.
  2. Ünvanı yazın və ya xəritədə göstərin.
  3. Sifarişi təsdiqləyin. Pulu qapıda kuryerə nağd və ya kartla ödəyirsiniz.

Çatdırılma günü, saat aralığı və çatdırılma haqqı sifarişi təsdiqləməzdən əvvəl ekranda yazılır.

Bir sifariş — bir mağaza

Hər sifariş bir mağazadan hazırlanır və ayrıca çatdırılır. Başqa mağazanın məhsulunu da almaq istəyirsinizsə, onun üçün ayrıca sifariş verin.

Hər alışdan Bal

Hər 1 ₼-lıq alışa 1 Bal yazılır. Toplanan Balı növbəti sifarişlərdə endirim kimi işlədirsiniz: 50 Bal = 1 ₼.

Yem bitməsin: abunəlik

Hər ay eyni yemi və ya qumu alırsınızsa, abunəlik qurun. Sifariş özü yaradılır, istədiyiniz vaxt pulsuz dayandırırsınız.

Tez-tez verilən suallar

Hansı ərazilərə çatdırırsınız?

Hazırda Bakı və Sumqayıta. Çatdırılma haqqı sifariş zamanı ekranda görünür.

Ödənişi necə edirəm?

Hazırda ödəniş qapıdadır: sifarişi alanda kuryerə nağd və ya kartla ödəyirsiniz.

Məhsulları kim satır?

Məhsulları Petekh-in partnyoru olan zoomarketlər satır. Fiskal çeki mağaza verir və paketin içinə qoyur.

Məhsul qüsurlu və ya vaxtı keçmiş çıxsa nə edim?

Kuryer gələndə paketi və son istifadə tarixini yoxlayın. Qüsurlu, səhv, zədəli və ya vaxtı keçmiş məhsulu qəbul etməyə bilərsiniz — onun pulu alınmır. Sonradan görsəniz, 14 gün ərzində qaytara bilərsiniz — məhsulun dəyəri qaytarılır, geri aparmanın kuryer haqqını isə siz ödəyirsiniz.

Kataloqa keç

Bunlar da maraqlı ola bilər

Belə də axtarırlar: zoomarket baki, zoo magaza, zoomagaza baki, heyvan dukani, petekh.az